“Ümid edirəm ki, bir gün ən böyük arzumu həyata keçirə biləcəm” Neymar

“Əl-Hilal”ın hücumçusu Neymar dünya çempionatında qalib olmağın ən böyük arzusu olduğunu deyib.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu dünya kubokunu qazana biləcəyinə ümid etdiyini bildirib:

“Əlbəttə, ümid edirəm ki, bir gün ən böyük arzumu həyata keçirə və dünya kubokunu qazana biləcəm. Bu, göz qabağındadır, Braziliyanın ən yaxşı kumiri var, ölkə tarixinin ən önəmli futbolçularından biridir. Bu, Zikodur və onun dünya çempionatında qalibiyyəti yoxdur. Və bu, onun keyfiyyətlərini, sahib olduğu səviyyəni müəyyən etmir. Bu sözlər mənə də aiddir”.

Neymar bu yay PSJ-dən “Əl-Hilal”a keçib. O, hələ bu mövsüm meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right