“Fənərbaxça”nın idarə heyətinin üzvü Səlahəddin Baki “Spartak”ın müdafiəçi Luan Pereslə maraqlanmasına münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, klub rəsmisi bu məlumatın doğru olmadığını bildirib:
“Bu məlumat doğru deyil. İndiyədək Rusiya klubundan Peres üçün heç bir təklif almamışıq”.
29 yaşlı Peres “Fənərbaxça”da bütün yarışlarda 23 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.