Renat Dadaşov "Hatayspor"da Rəsmi

"Qrasshopper" Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla müqaviləni uzadıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İsveçrə klubu məlumat yayıb.

24 yaşlı hücumçunun 2024-cü ilin yayında başa çatacaq sözləşməsi daha bir il artırılıb. Onun mövsümün sonuna kimi Türkiyənin "Hatayspor" klubunda icarə əsasında çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, Superliqada mübarizə aparan “Hatayspor”un baş məşqçisi Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq qapıçısı Volkan Dəmirəldir.

Renat Dadaşov 2022-ci ildən "Qrasshopper"də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right