İspaniya klubu baş məşqçisi ilə yollarını ayırdı

"Vilyarreal" baş məşqçisi ilə yollarını ayırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kike Setyen postundan göndərilib.

Buna səbəb İspaniya klubunun qeyri-stabil çıxışı olub.

64 yaşlı mütəxəssis 2022-ci ilin oktyabrında komandanın baş məşqçisi təyin edilmişdi.

O, Ekvatoriyal Qvineya millisi, həmçinin “Luqo”, “Loqrones”, “Las-Palmas”, “Betis”, “Barselona” klublarını çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right