Ramos: "Məni idarə edən ürəyim idi, pul yox"

İspaniyalı müdafiəçi Serxio Ramos "Sevilya"ya qayıdışını şərh edib.

Newsport.az-ın məlumatına görə, “Mirror”a açıqlama verən təcrübəli futbolçu Əndəlusiya klubuna dönüşü haqda bunları deyib:

"Düzü, məni idarə edən ürəyim idi, pul yox. Burada puldan söhbət gedə bilməz. Buna görə də Səudiyyə Ərəbistanı və MLS liqasına getmədim. Bu, risk olsa da, gerçəkləşən arzudur".

37 yaşlı futbolçu "Sevilya"nın yetirməsidir. O, 2005-ci ildə adıçəkilən klubdan ayrılaraq "Real"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right