İspaniyanın "Barselona” klubu ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində "Roma” ilə qarşılaşmada zədələnən braziliyalı futbolçu Rafinyanın zədəsinin ciddi olduğu aşkarlanıb.
İspaniyanın nüfuzlu "Marca” nəşrirnin yaydığı iddiaya görə, "Roma” ilə qarşılaşmada dizindən zədə alan futbolçu mövsümün sonunadək yaşıl meydanlardan kənarda qalacaq.