Mahir qol vurdu, "Dinamo" qalib gəldi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo"  bu gün Xorvatiya çempionatında 6-cı tur oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda səfərdə "Osiyek"lə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. M.Emreli 30-ci dəqiqədə meydana daxil olub  və 71-ci dəqiqədə komandasının ilk qolunu vurub. "Dinamo" qələbə qoluna isə 90+8-ci dəqiqədə nail olub.

Qeyd edək ki, "Dinamo" turnir cədvəlində 10 xalla 4-cü, "Osiyek" 11 xalla 2-cidir.

3 sentyabr

23:05. "Osiyek" - "Dinamo" (Zaqreb) - 2:3

Qollar: Mierez, 7 (1:0), Bukviç, 46 (2:0), Mahir Emreli, 71 (1:2), Petkoviç, 86-pen. (2:2), 90+8-pen. (2:3)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right