Tanınmış futbolçu rəsmi müqavilə üçün Səudiyyə Ərəbistanına yollandı

Belçika millisinin üzvü Yannik Ferreyra Karrasko Səudiyyə Ərəbistanına yollanıb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi "Əl-Şabab"la rəsmi müqavilə imzalayacaq.

Artıq tərəflər arasında razılıq əldə olunub. Onunla 3 illik müqavilə imzalanacaq. Bu transferə görə “Atletiko” 15 milyon avro əldə edəcək.

Ötən mövsüm 29 yaşlı futbolçu İspaniya Primerosunda 35 oyun keçirib və 7 qol vurub, 3  məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right