İsveç Allsvenskanində 22-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Norrçöpinq"in qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa Qurbanlı da bu görüşün iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib.
Xallarını 40-a yüksəldən "Yurqorden" 16 komanda arasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.