"Qarabağ"ın rəqibi əsas forvardını Danimarka klubuna satdı

Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Molde” aparıcı futbolçularından biri ilə yollarını ayırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Norveç təmsilçisi hücumçusu Ola Brinhilsenin transferi ilə bağlı "Midtyulland"la razılığa gəlib. 

Tezliklə danimarkalılar yeni forvardı rəsmi olaraq ictimaiyyətə açıqlayacaq. Müqavilənin detalları barədə məlumat verilməyib.

Brinhilsen Norveç çempionatında bu mövsüm 7 qolla bombardiridir. 24 yaşlı hücumçu 2020-ci ildə “Stabek”dən “Molde”yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right