İngiltərənin "Mançester Yunayted" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" "Tottenhem"dən Serxio Requilonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı sol cinah müdafiəçisi 2023/2024 mövsümündə icarə əsasında "Mançester Yunayted"in heyətində çıxış edəcək.
Qeyd edək ki, "Tottenhem" 2020-ci ilin sentyabr ayında Madrid "Real"ın dan transfer edib. İspaniya millisinin üzvü son mövsümü icarə əsasında "Atletiko"da keçirib.