Mahir üçün "Bavariya"dan rəqib gəldi

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Xorvatiya təmsilçisi "Bavariya"dan Qabriel Vidoviçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı sol vinger 2023/2024 mövsümünü icarə əsasında "Dinamo"nun heyətində keçirəcək. Zaqreb təmsilçisi gənc oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Qabriel Vidoviç "Bavariya"nın yetirməsidir. Xorvatiya U-21 millisinin üzvü son mövsümü icarə əsasında Niderlandın "Vitess" klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right