“Biz Renat Dadaşovla digər variantları nəzərdən keçiririk” “Qrasshopper” rəsmisi

İsveçrənin “Qrasshopper” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Renat Dadaşov iş yerini dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə “Qrasshopper”in idman direktoru Bernt Haas Azərbaycan millisinin futbolçusunun mümkün transferi ilə bağlı danışarkən deyib:

“Biz Renat Dadaşovla digər variantları nəzərdən keçiririk”.

Klub rəsmisi komandanın digər oyunçusu, yaponiyalı Ayumu Seko ilə bağlı isə konkret bir şeyin olmadığını diqqətə çatdırıb.

Renat Dadaşovun “Qrasshopper”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, klubla 2022-ci ilin yayında sözləşmə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right