"Mançester Yunayted" Argentina millisinin üzvü üçün danışıqlara başladı

"Mançester Yunayted" heyətini argentinalı futbolçu ilə gücləndirə bilər.

Newsport.az "Footmercato"ya istinadən xəbər verir ki, "Lion"un müdafiəçisi Nikolas Talyafiko İngiltərəyə köçməyə hazırlaşır. 

Mançester təmsilçisi 30 yaşlı futbolçu üçün "Lion"la danışıqlar aparır. Bunun üçün "qırmızı şeytanlar" qarşı tərəfə 6 milyon avro ödəyəcək.

Argentinalı “Banfild”, “Mursiya”, “İndependyente”, “Ayaks”da oynadıqdan sonra 2022-ci ildə “Lion”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right