"Milan"ın forvardını İngiltərənin iki klubu istəyir

Belçika millisinin və “Milan”ın forvardı Divok Origi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az “Calciomercato”ya istinadən xəbər verir ki, təcrübəli forvard “Bernli”nin maraq dairəsindədir.

İngiltərə klubunun təmsilçiləri forvard üçün “Milan”la danışıqları davam etdirir. Origini transfer etmək asan olmayacaq. Məsələ burasındadır ki, “Vest Hem” də belçikalının xidmətində maraqlıdır.

28 yaşlı hücumçu “Lill”, “Liverpul”, “Volfsburq”da oynadıqdan sonra 2022-ci ildə “Milan”a keçib. Divokun “rossonyerlər”lə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right