"Beşiktaş" futbolçusu Fransisko Monteronu icarəyə verib.
Newsport.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi Portuqaliyayanın "Arouka" klubuna keçib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İspaniyalı futbolçu 2023/2024 mövsümünü icarə əsasında "Arouka"da oynayacaq.
Qeyd edək ki, "Beşiktaş" Fransisko Monteronu 2020-ci ilin yayında "Atletiko"dan transfer edib.