"Real"a şok xəbər

İspaniyanın "Real" klubunun heyətində şok itki baş verib.

Newsport.az-ın məlumatına görə, La Liqanın 3-cü turunun "Selta" ilə matçında (1:0) sıradan çıxan Vinisiusun durumuna aydınlıq gəlib. Braziliyalı hücumçunun sağ ayaq əzələsində zədə aşkarlanıb.

23 yaşlı ön xətt oyunçusu azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Real" Vinisiusu 2018-ci ilin yayında "Flamenqo"dan transfe edib. "Sambaçı" cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right