"Mançester Siti" Portuqaliya millisinin üzvünü istəyir

"Vulverhempton"un futbolçusu Mateus Nunes "Mançestere Siti"yə keçə bilər. 

Newsport.az "The Mirror"a istinadən xəbər verir ki, Mançester təmsilçisi futbolçu üçün qarşı tərəfə 54 milyon təklif edib. Amma Nunesin komandası bu təkliflə razılaşmayıb. 

Buna görə "şəhərlilər" növbəti təklifi hazırlayırlar. Portuqaliya millisinin üzvü "Erikeyrense", Eştoril", "Sportinq"də oynadıqdan sonra 2022-ci ildə "Vulverhempton"a keçib.

Nunes 2022/2023 mövsümündə 41 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right