Mahir Emreli Rusiyanın bu klubuna transfer ola bilər

"Dinamo" və Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən Rusiya klublarının diqqət mərkəzinə düşüb.

Newsport.az saytına verilən məlumata görə, 26 yaşlı forvard "Lokomotiv"in transfer siyahısındadır.

Zaqreb klubu icazə verərsə, Emreli "transfer pəncərəsi"nin sonuna qədər "Lokomotiv"ə keçə bilər. Mahirin özü də, "dəmiryolçular"ın formasını geyinməyə razıdır. Yaxın günlərdə məsələnin necə yekunlaşacağı dəqiqləşəcək.

Qeyd edək ki, Mahir hələ iki il əvvəl “Lokomotiv”dən təklif almışdı. Amma o, “Legiya”dan ayrılaraq “Dinamo”ya keçməyə üstünlük vermişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right