Renat Dadaşov "Qrasshopper"i məğlubiyyətdən xilas edə bilmədi

Futbol üzrə İsveçrə Super Liqasında 5-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Lütsern"i qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 85-ci dəqiqədə Fransis Momohun əvəzinə meydana daxil olub.

5 turdan sonra aktivində 4 xal olan "Qrasshopper" 12 komanda arasında turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right