"Hər kəsə əla dəstəyi üçün təşəkkür" - Musa Qurbanlı

"Yurqorden"də çıxış edən Azərbaycan millisinin üzvü Musa Qurbanlının  İsveç çempionatında vurduğu ilk qollardan sonra "İnstaqram" hesabında paylaşım edib.

Newsport.az xəbər verir ki, o,  21-ci turda "Deqefors"a 4:1 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

"İlk qolları fantastik azarkeşlərimiz qarşısında vurmaq fantastik hisslərdir. Hər kəsə əla dəstəyi üçün təşəkkür" - deyə M.Qurbanlı "İnstaqram" hesabında yazıb.

Xatırladaq ki, M. Qurbanlı 5 gün əvvəl İsveç kubokunun seçmə mərhələsində "Sandvikens"lə görüşdə (5:1) 1 qol vurub. Yığmamızın 21 yaşlı hücumçusu həm də sözügedən qarşılaşmada qolla nəticələnən penaltinin səbəbkarı olub .





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right