Türkiyənin "Fatih Karagümrük" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Fənərbaxça"dan Serdar Dursunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Fatih Karagümrük" 32 yaşlı forvardla 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Serdar Dursun "Fənərbaxça"ya 2021-ci ilin yayında "Darmştadt"dan keçmişdi. Türkiyə millisinin üzvü "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı