Ronaldonun 63-cü het-triki

Ötən gecə Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda "Əl-Fateh" - "Əl-Nəsr" görüşü keçirilib.

Newsport.az-ın məlumatına görə, “Əl-Nasr” “Əl-Fateh”i 5:0 hesabı ilə məğlub edib. Matçda "Əl-Nəsr"in məşhur futbolçusu Kriştiano Ronaldo het-trik edib, Sadio Mane dubla imza atıb.

Portuqaliyalı forvard üçün bu het-trik onun peşəkar karyerasında 63-cü olub. Bu, aktiv oyunçular arasında ən rekorddur. İkinci yerdə Lionel Messi (“İnter Mayami”) qərarlaşıb - 57 het-trik.

Ronaldo klub səviyyəsində 53, Portuqaliya millisində isə 10 het-trik edib. 

Xatırladaq ki, Ronaldo əvvəllər "Mançester Yunayted", "Real", "Yuventus" və "Sportinq"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right