Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun "Roma” – "Barselona” matçı yeni rekordun qeydə alınmasıyla əlamətdar ola bilər.
Newsport.az-ın məlumatına görə, bu hal qonaqların ulduz futbolçusu Lionel Messinin meydana çıxacağı təqdirdə baş verəcək.
Belə ki, argentinalı forvard qitənin ən nüfuzlu klub turnirində 100-cu oyunu keçirəcək. O, bu göstəriciyə imza atmış ən gənc futbolçu kimi tarixə düşəcək. Messi meydana çıxarsa, "100-lər” klubunun 26-cı üzvü olacaq.
Qeyd edək ki, 28 yaşlı Lionel Çempionlar Liqasında 2004-cü ildə debüt edib və o vaxtdan bəri 11 dəfə bu turnirdə iştirak edib. İndiyə qədər oynadığı 99 matçda o, 77 qola və 22 məhsuldar ötürməyə imza atıb.