İngiltərənin "Çelsi" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Newsport.az xəbər verir ki, London təmsilçisi ABŞ-ın "Nyu İnqlend" klubundan Dorde Petroviçin keçidini həll edib. Bu barədə "Mercato" nəşri məlumat yayıb.
Serbiyalı qolkiper artıq tibbi müayinədən keçib. O, İngiltərəyə gedərək rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "Nyu İnqlend" Dorde Petroviçi ötən ilin aprel ayında "Çukariçki"dən transfer edib.