"Lester Siti" "Qalatasaray"ın futbolçusunu transfer etdi

"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İngiltərədə davam etdirəcək.

Newsport.az xəbər verir ki, 23 yaşlı vinger "Lester Siti"yə keçib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Türkiyə millisinin üzvü 2023/2024 mövsümündə icarə əsasında Çempionşip təmsilçisində çıxış edəcək. Futbolçu 25 rəsmi matçda meydana çıxsa, "Lester Siti" 10 milyon avro ödəyərək onun transfer hüquqlarına yiələnəcək.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Ön xətt oyunçusu "sarı-qırmızılar"ın əsas komandasının heyətində meydana çıxdığı 70 rəsmi matçda 16 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right