“Lion”un hücumçusu Karl Toko Ekambi Səudiyyə Ərəbistanı klubu “Abha”ya keçib.
Newsport.az Abha təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı kamerunlu ilə iki illik müqavilə imzalanıb.
Karl Toko Ekambi 2020-ci ildən “Lion”un futbolçusu idi. O, 2022/23 mövsümünü icarə əsasında “Renn”də keçirib və Liqa 1-də 38 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə edib.