Millimizin sabiq qapıçısı səhv etdi, Mustafayev qol ötürməsi verdi

Ukraynada ölkə kubokunun 1/16 final mərhələsinin oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Emil Mustafayevin formasını geyindiyi “Polesye” “Aqrobiznes”lə qarşılaşıb. Bu görüşdə Mustafayevin komandası 2:0 qalib gəlib. Matçın 80-cə dəqiqəsində “Aqrobiznes”in və millimizin sabiq qapıçısı Andrey Popoviç səhvə yol verib.

Onun ötürməsinin qarşısını alan Mustafayev komanda yoldaşının qol vurması üçün assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right