İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan orta xətt oyunçusu komandanın məşqi zamanı zədələnib. Ayaq əzələsindən xəsarət alan 20 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki. "Barselona" Pedrini 2020-ci ilin yayında "Las Palmas"dan transfer edib. İspaniya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 111 rəsmi matçda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.