“Bornmut”un hücumçusu Dominik Solankenin iş yerini dəyişmək ehtimalı var.
Newsport.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Vest Hem” 25 yaşlı oyunçunu transfer etməyi düşünür. “Çəkicdöyənlər” forvard üçün 41 milyon avro ödəməyə hazırdırlar.
Solanke 2022/23 mövsümündə 35 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.