PSJ “Lion”un hücumçusu Bredli Barkolanı transfer etməkdən vaz keçib. Öncədən parislilər onun üçün 30 milyon avrodan daha yüksək məbləğ ödəməyə hazır olduqlarını demişdilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisinin mümkün transferi etmək istəməməsinin səbəbi də açıqlanıb: “Lion” hər keçən gün forvardın transfer qiymətini dəyişdiyi üçün PSJ bunu xoş qarşılamayıb.
“Lion” Barkolanın qiymətini dəyişməyə davam etsə, onun PSJ-yə keçidi reallaşmayacaq.
Fransalı futbolçunun Lion təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla 35 oyunda 7 qol vurub və 10 məhsuldar ötürmə edib.