Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç kubokunda seçmə mərhələ oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri "Sandvikens"lə qarşılaşıb. Matç "Yurqorden"in 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Yurqorden" növbəti mərhələyə adlayıb. Komanda bundan sonra kubokda mübarizəni qrup mərhələsində davam etdirəcək.
Qeyd edək ki, M.Qurbanlı sözügedən görüşdə meydana start heyətində çıxıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.
23 avqust
20:00. "Sandvikens" - "Yurqorden" - 1:5
Qollar: Milleskoq, 10 (0:1), Musa Qurbanlı, 12 (0:2), İgbarumah, 31 (1:2), Danielson, 45-pen. (1:3),Milleskorq, 66 (1:4), Haris Radetinaç, 90 (1:5)