Bekkenbauerin səhhəti yaxşı deyil Açıqlama

Keçmiş futbolçu Lotar Matteus “Bayern”in fəxri prezidenti Frans Bekkenbauerin səhhəti ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, Bekkenbauerin səhhətinin yaxşı olmadığını vurğulayıb:

“Ona can sağlığı diləyirik. İstəyirik ki, qoca Bekkenbauer aramıza enerji dolu qayıtsın. Özü də hər zaman deyirdi ki, sağlamlıq dünyada ən vacib şeydir. Onun səhhəti indi yaxşı deyil. Gəlin, onun yaxşı olacağına ümid edək”.

Sentyabrın 11-də Bekkenbauerin 78 yaşı tamam olacaq. O, 1964-1977-ci illərdə “Bayern”də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right