Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ"nin qonağı olacaq PAOK-un Bakıya gələcək heyəti müəyyənləşib.
Saloniki təmsilçisi bu gün paytaxtımıza 20 futbolçu ilə gələcək.
PAOK-un baş məşqçisi İqor Tudorun müəyyənləşdirdiyi heyətdə komandanın yeni transferi Dimitar Berbatov da yer alıb.
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - PAOK matçı saat 22:00-da başlayacaq.
Qapıçılar: Robin Olsen, Nikos Melissas, Panagiotis Qlukos
Müdafiəçilər: Sletios Malezas, Miqel Vitor, Rikardo Kosta, Dimitris Konstantinidis, Giorhos Tzavellas, Stelios Kitsiou
Yarımmüdafiəçilər: Alexandros Tziolis, Eyal Qolasa, Robert Mak, Xaris Xarisis, Qarri Rodriqes, Qiannos Mustakidis, Erik Sabo, Dimitris Pelkas
Hücumçular: Jairo da Silva, Stefanos Athanasiadis, Dimitar Berbatov