"Mançester Siti"dən "Barselona"ya

"Mançester Siti"nin futbolçusu Joao Kanselo "Barselona"ya keçməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı müdafiəçi Kataloniya klubuna icarəyə göndəriləcək.

Tərəflər arasında ilkin razılıq əldə edilib. Kanselo 2023/2024 mövsümünü "Barsa"da keçirəcək.

Portuqaliya millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Bavariya"da oynayıb. Futbolçunun Mançester təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right