"Liverpul" istəyinə çatdı, argentinalının cəzası ləğv edildi

"Liverpul" yarımmüdafiəçisi Aleksis MakAllisterin Premyer Liqanın ikinci turunun "Bornmut"la (3:1) oyununda qırmızı vərəqə almasına etiraz edib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mersisayd klubu etirazın nəticəsində istəyinə çatıb.

Belə ki, İngiltərə Futbol Assosiasiyası “qırmızılar”ın arqumentlərini nəzərdən keçirib və argentinalının qırmızı vərəqəsi ləğv edilib.

Xatırladaq ki, 58-ci dəqiqədə Rayan Kristiyə qarşı kobud oyuna görə Aleksisə birbaşa qırmızı vərəqə göstərmişdi. İntizam komitəsi isə ona 3 oyunluq cəza vermişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right