Sloveniya millisinin sabiq futbolçusu: "Qarabağ"a qarşı da oynamaq olar"

Sloveniya millisinin sabiq müdafiəçisi Muamer Vuqdaliç Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin "Olimpiya" və "Qarabağ" komandaları arasında bu cümə axşamı Lyublyanada keçiriləcək ilk matçla bağlı fikirlərini bölüşüb.

Newsport.az “Šport TV”yə açıqlama verən veteran futbolçu bunları deyib:

“Olimpiya” artıq məqsədinə çatıb, Avropa yarışlarından birinin qrup mərhələsinə yüksəlib. “Qarabağ”a qarşı da oynamaq olar. Sloveniya çempionu Çempionlar Liqasının seçmə mərhələsinin 2-ci mərhələsində "Ludoqorets"i məğlub edib (2:1, 1:1). Azərbaycan klubu ilə görüşlərdə də niyə eynisini etməsin? “Olimpiya” inamlı görünür və Avropa Liqasının qrup mərhələsinə düşməyə ümid edir. Biz hamımız bunu istəyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right