Mahirin komanda yoldaşı "Ayaks"da Rəsmi

Mahir Emrelinin formasını geyindiyi "Dinamo"da ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Xorvatiya klubu Yosip Sutalonu "Ayaks"a satıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Açsterdam təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisi üçün "Dinamo"ya 20+3 milyon avro təzminat ödəyəcək. Xorvatiyalı futbolçu Niderland klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Yosip Sutalo "Dinamo"nun yetirməsidir. Xorvatiya millisinin üzvü zaqreblilərin əsas komandasının heyətində meydana çıxdığı 88 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right