Argentinalı sabiq futbolçu Karlos Tevesin yeni iş yeri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 37 yaşlı məşqçi ölkəsində çalışacaq. Gənc mütəxəssis "İndependiente"nın baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Karlos Teves baş məşqçilik karyerasına ötən ilin iyul ayında "Rozario Sentral"da başlamışdı. O, 2022-ci ilin noyabr ayına kimi komandanı çalışdırıb.