"Mançester Yunayted" futbolçusu ilə yollarını ayırdı

İngiltərənin "Mançester Yunayted" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Meyson Qrinvudla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mançester təmsilçisi 21 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin sabiq üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 129 rəsmi matçda 35 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Meyson Qrinvud sevgilisinə təcavüz etməkdə ittiham olunuraq həbs edilmişdi. O, ötən ilin oktyabr ayında azadlığa buraxılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right