Tyerri Anrinin yeni iş yeri

Tyerri Anri Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi təyin edilib.

Newsport.az-ın məlumatına görə, bu barədə "L`Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, mütəxəssisin ilk məqsədi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında uğur qazanmaq olacaq.

Bundan əvvəl 46 yaşlı Anri 2021-2022 və 2016-2018-ci illərdə Belçika millisində köməkçi məşqçi vəzifəsində çalışıb. Həmçinin 2018/19 mövsümündə o, “Monako”ya, bir mövsüm sonra isə “Monreal İmpakt”ın baş məşqçisi olub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right