"Yuventus"un baş məşqçisi türk futbolçu haqda: "Saçlarını kəsdirməlidir"

"Yuventus" İtaliya A Seriyasının ilk turunda səfərdə "Udineze"ni 3:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, bu matçın 85-ci dəqiqəsində Turin təmsilçisinin türk futbolçusu Kenan Yıldız meydana daxil olub. "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri 18 yaşlı hücumçu ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Kenan Yıldız saçlarını kəsdirməlidir. Çünki, oyun zamanı yüz dəfə saçları ilə oynadı, o saçlar kəsiləcək. İşini lazım olduğu kimi görməlisən. O, hələ uşaqdır və çoxyönlü oyunçudur. Kenanı daha tez meydana buraxacaqdım, amma dəyişikliklərlə bağlı fikrimi dəyişməyi oldum".

Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı ötən ilin yayında "Bavariya"dan transfer edib. Gənc oyunçu son mövsümü İtaliya klubunun U-19 komandasında keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right