Mahir Emrelinin baş məşqçisi istefaya göndərildi

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" baş məşqçi İqor Bişçanla bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi 45 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Xorvatiyalı məşqçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, İqor Bişçan bu ilin aprel ayından "Dinamo"nun baş məşqçisi postunu icra edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right