İngiltərə millisinin sabiq futbolçusu Cimi Karrager “Çelsi”də debütündən sonra Moyses Kaysedonu tənqid edib.
Newsport.az-ın məlumatına görə, Karrager matçı şərh edərkən yeni transfer haqqında bunları söyləyib:
“Kaysedo kabusdur! O, pis, tənbəl seçimdir”.
Kaysedo İngiltərə Premyer Liqasının 2-ci turunda keçirilən “Çelsi” – “Vest Hem” matçında (1:3) 8 dəfə topu itirib, 2 dəfə kobudluq edib. İkinci hissənin əsas vaxtında Kaysedonun cərimə meydançasında etdiyi qayda pozuntusuna görə “Çelsi”nin qapısına penalti təyin olunub.