“O, bu mövsüm 15-16 qol vura bilər” Alleqri Kyeza haqda

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının birinci turunun “Udineze” ilə qarşılaşmasından sonra (3:0) fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, daha çox hərəkət etməli olduqlarını söyləyib:

“Fasilədən sonra daha çox hərəkət etməli, topa nəzarəti gücləndirməli idik. Hava çox isti idi. Səhv edəndən sonra meydançanın bizə aid olan hissəsində səliqəli oynamalıydıq.

Federiko Kyezanı hücumcu mövqeyində görürəm. Duşan Vlahoviçlə birlikdə yaxşı tandem təşkil edirlər. Kyeza cinahlarda oynamağa cəhd göstərir. Məncə, o, bu mövsüm 15-16 qol vura bilər”.

“Qoca sinyora” növbəti turda evdə “Bolonya”nı qəbul edəcək. “Udineze” isə “Salernitana” səfərinə yollanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right