Dibala ərəblərin təklifindən imtinasının səbəbini açıqladı

Argentina millisinin və “Roma”nın hücumçusu Paulo Dibala karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək istəməməsinin səbəbini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, futbolçu klubundan məmnun olduğunu bildirib:

“Roma”da hər şey mənə uyğundur, ona görə də, bu təklifdən imtina etdim. “Roma”da mənə çox yaxşı yanaşırlar. Klubda özümü bütün istiqamətlərdə yaxşı hiss edirəm “.

29 yaşlı futbolçu “Roma”ya 2022-ci ildə “Yuventus”dan azad agent kimi keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right