"Mançester Siti" Belçika millisinin üzvünü transfer edəcək

"Mançester Siti" "Renn" və Belçika millisinin üzvü Ceremi Doku ilə müqavilə imzalamağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, futbolçu özü "şəhərlilər"in üzvü olmağa razılıq verib.

"Mançester Siti"nin məşqçilər korpusu 21 yaşlı futbolçuya Riyad Mahrezin əvəzləyicisi gözü ilə baxır.

İngiltərə təmsilçisi Fransa klubu ilə transfer məbləğini razılaşmaq üçün danışıq aparır. Belçika millisinin üzvü 2018-2020-ci illərdə “Anderlext”in formasını geyinib və sonradan “Renn”ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right