Millimizin üzvü yenə oynamadı

Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" birinci liqada növbəti görüşünü keçirib. 

Newsport.az xəbər verir ki, adıçəkilən klub ikinci turda "Altay"ın qonağı olub. "Tuzlaspor" rəqibinə 0:1 hesabı ilə uduzub.

Bəxtiyarın adı iştirak ərizəsində olsa da, meydanda çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right