Pep: "Transferlərə bu qədər pul xərcləsəydik, məni öldürərdiniz"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Çelsi"nin son 2 transfer pəncərəsində futbolçuların keçidinə gör ayırdığı büdcədən danışıb.

Newsport.az xəbər verir ki, o, "şəhərlilər"in transferlərə bu qədər pul xərcləmədiyini deyib: 

“Çelsi"nin son iki transfer pəncərəsində xərclədiyi qədər pul xərcləsəydik, burada otura bilməzdim. Siz məni öldürərdiniz. Bu, dəqiqdir. Təsəvvür etmədiyiniz şəkildə diqqəti çəkərdik. Deyirlər ki, “Mançester Siti” və Pep Qvardiola ancaq oyunçu alır. Mən bilmirdim ki, məndə olan bütün oyunçuları almaq üçün cibimdə bu qədər pul var.

Biz transfer bazarında baş verənləri izləməliyik, nə edə biləcəyimizi görməliyik və ədalətli hesab etdiyimiz məbləğləri ödəməliyik”.

"Çelsi"nin hazırkı klubun sahibi Todd Boulinin rəhbərliyi altında transfer xərcləri 1 milyard dolları ötüb .





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right