Latviya 1-ci liqasında 22-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu "1625 Liepaya" da növbəti matçına çıxıb.
Bu klub səfərdə "Smiltene" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxaraq sona qədər mübarizə aparan Vüqar görüşün 90-cı dəqiqəsində penaltidən qol vurmaqla matçda son nöqtəni qoyub.
Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi "1625 Liepaya" klubunda qısa müddət ərzində 11-ci qoludur. Onun komandası isə 46 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.